12.12.12 tarixində daha bir məşhur evləndi

Polad Alemdar Nagehan Kaşıkçı ilə ailə qurdu
12.12.12 tarixində daha bir məşhur evləndi

Reytinq rekordçusu "Kurtlar Vadisi Pusu" serialında Polad Alemdar obrazını canlandıran aktyor Nrecati Şaşmaz ailə həyatı qurdu. Nikahın gününü 12.12.12 tarixinə salan Şaşmaz Nagehan Kaşıkçı ilə evlənib. Qeyd edək ki, Nagehan Kaşıkçı Türkiyənin tanınmış jurnalist-yazıçısı, mərhum Ömər Lütfi Metenin qohumudur. Cütlüyün nikahı İstanbulun Üsküdar rayonu bələdiyyə sədri Mustafa Kara tərəfindən kəsilib.

Bütün xəbərlər Facebook səhifəmizdə