6 qadın 12.12.12 tarixi üçün erkən doğum edib

6 qadın 12.12.12 tarixi üçün erkən doğum edib

İndoneziyada 6 qadın, uşaqlarının doğum tarixinin 12.12.12 olması üçün keysəriyyə yolu ilə erkən doğum edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bütün dünyada olduğu kimi İndoneziyada da bu gün 12 Dekabr 2012 dəliliyi yaşanır. Cütlər evlilik tarixlərinin 12.12.12 ola bilməsi üçün bu gün evlənib. Ölkə mediası tərəfindən saatlar tam 00:00 göstərərkən televiziyalarda günün doğan ilk körpələrinin xəbərlərini yayımlamağa başlayıb. Bundan başqa ölkədə 6 qadın uşaqlarını bu gün dünyaya gətirmək üçün qeysəriyyə ilə erkən doğum edib.

Bütün xəbərlər Facebook səhifəmizdə