12.12.12-də nələr olacaq?

Zaman-zaman əlamətdar günlərlə rastlaşırıq. Bəzi tarixlər də var ki, riyazi yazılış baxımından bir harmoniya təşkil edir. Bu gün məhz belə tarixlərdən birini - 12.12.12 tarixini yaşayırıq, yəni 2012-ci il dekabr ayının 12-ini.

Artıq dünyada minlərlə gənc cütlük öz toyunu bu günə salıb. Kimisi asan yaddaşda qalan bir tarix olduğu, kimisi də bunun dini baxımdan xüsusi gün olduğunu düşünərək bu tarixi seçib. Gənclərin böyük əksəriyyət hesab edir ki, əgər rəqəmlərin təkrarı olan (pus dilində buna "zerkalnı" deyirlər) tarixdə evlənərlərsə, o zaman xoşbəxt həyat yaşamalı olacaqlar.

Bu gün Vətəndaş Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (VVAQ) orqanlarının da işi çox olacaq. Avropa ölkələrində minlərlə gənc 2012-ci il dekabrın 12-ni səbirsizliklə gözləyirlər. Onların arasında tanınmışların da adları var. 12.12.12. tarixində aktrisa Cessika Simpson və övladının atası Erik Conson münasibətlərini rəsmiləşdirmək fikrindədirlər. Verilən məlumatlara görə, toy hazırlıqları sürətlə davam edir. Şayiələrə görə, Rusiya estradasının pop-divası Janna Friske ilə ukraynalı teleaparıcı Dmitriy Şepelevin toyu da sehrli 12.12.12. tarixinə təyin olunub. Müğənni etiraf edib ki, bu rəqəm kombinasiyası onu ilk növbədə öz gözəlliyi və həmahəngliyi ilə cəlb edir. Toyun Mayamidə keçirilməsi planlaşdırılıb.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da bəzi insanlar onlar üçün əlamətdar olan hadisələri bu günə salıblar. Bəzi insanlar hesab edir ki, həmin tarixdə əlamətdar bir hadisə etsələr, onun nəticəsi daha böyük, daha uğurlu olar. Məsələn, bəzi hamilə gəlinlər məhz 12.12.12 tarixində ana olmağın sevincini yaşamaq arzusundadırlar. Həmin tarixdə hamiləliyinin son günlərindəki ana namizədləri 12.12.12 tarixində doğum üçün həkimlərlə danışıblar. Aldığımız məlumata görə, bu tarixdə süni doğuş etdirənlərin sayı kifayət qədər olacaq.

Azərbaycanda 12.12.12 tarixi Məhərrəmlik və ya Ramazan ayına düşdüyündən, toy edənlər olmasa da, digər əlamətdar hadisələri bu günə salanlar olacağını demək olar. Bakıdakı şadlıq saraylarına həmin tarixdə toy etmək üçün müraciət edənlər olsa da, onlara "yox" cavabı verilib. Çünki Məhərrəmlik ayı olduğundan toyda içki olmayacaqdı. Bununla yanaşı, 2003-cü ildən dekabrın 12-si keçmiş prezident Heydər Əliyevin anım günü olduğu üçün şadlıq evləri məclis sifarişi qəbul etməkdən imtina edib.

Dini ictimaiyyətdə meditasiya və "ruh əkizini tapma günü" olaraq xarakterizə edilən bu gün bəzi astroloqlara görə isə heç bir məna daşımır. Dünya astroloqları iddia edirlər ki, həmin gün ailə qurmaq uğursuzluğa düçar ola bilər. Ancaq bəzi astroloqlarda hesab edir ki, bu kimi rəqəmlərin insan taleyinə heç bir təsiri yoxdur. Dünya rəqəmlərin sehri üzərində qurulub. İnanclar da burada önəmli rola sahibdir. 13 və 666 rəqəmləri İslamda qəbul olunmur, çox az adamlar var ki, bu rəqəmləri özündə təlqin edir. Hər kəs deyir ki, 13 rəqəmi mənə düşmür. 12.12.12 tarixi üçün kimsə uşaq dünyaya gətirirsə bu, yanlışdır, çünki uşağın nə vaxt dünyaya gəlməsi Allahın əlindədir. Rəqəmlərin astrologiya elmində əhəmiyyəti yoxdur. Rəqəmin insanın həyatına, günahına və savabına təsiri olmur. Belə inanclar cahillikdən xəbər verir.

Sonda onu da qeyd eədk ki, rəqəmlərin gözəl ardıcıllıqla düzüldüyü gündə ailə qurmaq istəyənlər hələ 8 il - 02.02.2020-ci il tarixini gözləməli olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə