Qəribə yeni il ağacı

Dünya yeni ilə hazırlaşdığı bir vaxtda belçikalılar orijinal yeni il ağacı hazırlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Foman vilayətinin Hasas şəhərində hazırlanan mətbəx əşyalarından, daha dəqiq desək, yüzlərlə boşqab, stəkan və fincanların istifadə olunduğu sənət əsəri olduqca maraqla qarşılanıb. Şəhərdəki yeni il şamının ərsəyə gəlməsində sakinlər də yaxından iştirak edib. Bunun üçün onlar evlərində istifadə etmədikləri qab-qacaqları şəhərin baş meydanına toplayıb. 9 metr hündürlüyü, 6 metr diametri olan əvəzsiz yeni il ağacı artıq dünyanın da diqqətini özünə çəkə bilib. Bu ağac yanvarın 7-dək olduğu vəziyyətdə də qalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə