Mütəxəsisslər cavan qalmağın bir neçə qaydasını müəyyən edib.
1. Həddindən artıq yeməyin! Adət etdiyiniz 2500 kalori əvəzinə 1500-lə kifayətlənin. Bu yolla siz hüceyrələrinizin işini yüngülləşdirəcək və onların aktivliyini saxlamış olacaqsınız. Hüceyrələr tez-tez yenilənir və orqanizm xəstəliklərə qarşı dözümlü olur. Tarazlaşdırılmış şəkildə qidalanın: nə az, nə də çox yeyin.
2. Menü yaşınıza uyğun olmalıdır. 30 yaşlı xanımlar müntəzəm olaraq qaraciyər və qoz yesələr, qırışları gec əmələ gələr. 40 yaşından yuxarı olanlar üçün betakarotin məsləhətdir. 50 yaşından sonra isə sümükləri formada saxlamaq üçün kalsium, ürəyin işini normallaşdırmaq üçünsə maqnezium mütləqdir. Bu yaşda balıq yeməklə ürək və qan damarlarını qorumuş olacaqsınız.
3. Özünüzə uyğun olan iş tapmağa çalışın. Fransızlar iddia edirlər ki, iş insanın cavan qalmasına səbəb olur. İşləməyən adam yaşından 5 il daha yaşlı görünür. Sosioloqlara görə, bəzi peşələr cavanlığı qorumağa kömək edir. Belə peşələrə dirijorluq, rəssamlıq və filosofluğu misal çəkirlər.
4. Həyatda yarınızı tapın! Sevgi və nəzakət qocalığa qarşı əla vasitədir.
5. Hər bir şeyə şəxsi fikriniz olmalıdır. Həyatı dərk edərək yaşayan adam az hallarda depressiyaya düşür.
6. Hərəkət edin! Hətta gün ərzində 8 dəqiqə idmanla məşğul olmaq ömrü uzadır. Hərəkət prosesində böyümə hormonları çıxır. İnsan hərəkətsiz olanda 30 yaşından sonra bu hormonların inkişafı dayanır.
7. Sərin otaqda yatın! Sübut olunub ki, 17-18 dərəcə temperatur olan otaqda yatanlar daha çox cavan qalırlar. Bunun səbəbi ondadır ki, orqanizmdə maddələr mübadiləsi və yaş xüsusiyyətlərinin yaranması həm də ətraf mühitin temperaturundan asılıdır.
8. Arabir özünüzü ərköyünləşdirin! Bəzən sağlam həyat tərzinin əksinə gedərək istədiyiniz şirniyyatı yeyin. Əgər hansısa paltar və ya çanta çox xoşunuza gəlibsə, qənaət haqqında düşünməyin.
9. Həmişə qəzəbi özünüzdə boğmayın! Kimisi onu incidən şey haqqında danışmaqdansa, mübahisə etməkdənsə, həmişə özünü günahlandırır. Bu da müxtəlif xəstəliklərə, xüsusilə bədxassəli şişlərə səbəb olur. Beynəlxalq araşdırmanın nəticəsinə görə, 64% xərçəng xəstələri qəzəbi həmişə daxillərində saxlayıblar.
10. Beyninizi məşq etdirin! Arabir krossvord həll edin, kollektiv oyunlar oynayın, xarici dil öyrənin. Təkcə kalkulyatorla deyil, beyninizdə hesab aparın. Beynimizi işə salmaqla zehni imkanlarımızın deqradasiya prosesini zəiflədirik, eyni zamanda ürəyin, qan dövranı və maddələr mübadiləsinin işini aktivləşdiririk.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB