Hörümçək qadının qulağında yuva qurdu DƏHŞƏT

Hörümçək qadının qulağında yuva qurdu DƏHŞƏT

Çində qulaq ağrısı və qaşıntısı şikayəti ilə həkimə müraciət edən qadın həkimləri şoka salıb. Qadının qulağında canlı hörümçək aşkarlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bir neçə gün əvvəl qadının qulağına girən və ölməyən hörümçəyin çıxarılması həkimləri də şoka salıb.

Onlar daha əvvəl hörümçəyi qulaqdan alətlə çıxarmaq barədə fikirləşsələr də həşəratın ayaqlarında olan tüklərin qulağa zərər verəcəyini güman edərək bu fikirlərindən daşınıblar.

Sonda onlar müxtəlif yollarla hörümçəyin özü-özünə qulaqdan çıxamasına nail olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə