Avstraliyanın Top-End şəhərində balıq yağışı yağıb. Balaca ağ balıqlar canlı-canlı göydən evlərin, avtomobillərin, ağacların və yolların üstünə düşüb. SİA xəbər verir ki, Meteorologiya bürosunun böyük sinoptikinin sözlərinə görə, şəhərin yerləşdiyi rayonun bir tərəfində dəniz, digər tərəfində isə göl var: "Ola bilər ki, tornado olub. Güclü külək balıqları sudan çıxararaq şəhərin üzərindən yerə töküb".
Lakin sinoptiklər hadisənin baş verdiyi gün heç bir təbiət hadisəsinin qeydə alınmadığı bildirib. Maraqlıdır ki, balıq yağışından razı olanlar da var. Belə ki, şəhərin əhalisi yağışın sayəsində özlərini balıq qidaları ilə təmin edə bilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB