Çinin Fuşun şəhərində formaca üzüyü xatırladan qeyri-adi göydələn ucaldılıb. SİA-nın verdiyi xəbərə görə, "Həyat üzüyü" adlandırılan bina 50 mərtəbədən ibarətdir. Bu qeyri-adi göydələnin yaradılması üçün inşaatçılar 3 min ton poladdan istifadə edib.
Qeyd edək ki, layihənin reallaşdırılması üçün 16 milyon dollar dəyərində vəsait sərf olunub. Onu da vurğulayaq ki, son zamanlar Çin memarlığında üzük formasında olan tikililərə tez-tez təsadüf olunur. Buna misal olaraq, bu yaxınlarda Şanxayda istifadəyə verilmiş dairəvi piyada körpüsünü misal göstərə bilərik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB