Artıq indiki zamanda kişilər və qadınlar arasında olan bərabərlik, qadınların müəyyən vəzifə sahibi olmaqları, onların kişi seçimi və onlarla tanış olmaq üçün ilk addım atmaqları və s. artıq təəccüblü deyil və bu hal artıq adi hal olub.
Amma yenə də, kişilər və qadınılar arasında müəyyən fiziki fərqlər var və bu fərqlər özündə müəyyən etik qaydaları birləşdirir, o etik qaydalar ki, məsələn, "kim görüşdən sonra hesabı ödəməlidir?". Gəlin bir yerdə anlamağa çalışaq, kişi, yoxsa qadın?
Kim və nə vaxt ödəyir?
Hesab edilir ki, ilk görüşdə, nə vaxt ki, cütlüklər məsələn, ilk dəfə kafedə görüşürlər və onlar az tanışdırlar, bu zaman kişiyə hesabı ödəmək mütləqdir. Amma bizim zamanda qadınların iki kateqoriyası var:
1. Belə şərtləri normal qəbul edir və kişinin ona görə hesabı ödəməyinə qarşı deyil.
2. Özünü kişilərlə bərabər hesab edən qadınlar və əlbəttə ki, belə qadınlar özləri öz ödənişini etmək üçün təkid edirlər.
Amma etikaya əsasən, əgər qadın kişinin xoşuna gəlirsə və onların münasibəti sonrakı ünsiyyətə köklənmişdirsə, onda o xanıma hesabı ödəməyə icazə vermək məcburiyyətində deyil.
Nə vaxt ki, cütlük artıq sabit münasibətlərdədirsə, və ya hətta birlikdə yaşayırlarsa, onda hesabı yarı-yarıya ödəməyin heç bir qorxusu yoxdur.
Xüsusi anlar
Əlbəttə, nə vaxt sizdə bayram, ad günü, görüş yubileyi olursa burada kişini tam ödənişə təkid etmək lazımdır və ona göstərmək lazımdır ki, qadın onun üçün hər şeydir və ona görə hər şey edir.
Əgər bu kişinin bayramıdırsa, əlbəttə ki, qadın ödəyə bilər və kişi də bu jesti qəbul etməli olacaq.
Beləliklə, kim-kim üçün ödəməlidir deyə, xüsusi bir qayda yoxdur. Bu konkret cütlüklər arasında olan konkret hadisələrin birgə qərarıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB