Ən qəribə peşə

Hindistanın paytaxtı Dehlidə yaşayan 35 yaşlı Murad dünyanın ən qəribə peşələrindən birinə sahibdir. Əslən Uttar-Pradeş şəhərindən olan Murad 18 ildir ki, qulaq təmizləməklə pul qazanır. Hər gün səhər saat 07:00-dan axşam saat 20:00-dək küçələrdə dolaşan Murad qulaq təmizləməklə ailəsini dolandırır.

Dəmir iynənin ucuna pambıq dolayan Murad təmizlik işlərinə başlayır. Dediyinə görə, hər gün 100-200 qulaq təmizləyir. Qulaq təmizləmək onlarda irsi peşədir.

Bütün xəbərlər Facebook səhifəmizdə