Xasiyyət və xəstəliyin ortaq nöqtələri

Xasiyyət və xəstəliyin ortaq nöqtələri

Aqressivlər:

Əsəbləri ilə bacara bilməyən aqressiv adamlar həyatları boyu ciddi ürək xəstəlikləri ilə üz-üzə qalırlar. Aqressiv adamlar psixi xəstəliklərə də meyillidirlər.

Utancaqlar:
İctimai yerlərdə özlərini rahat hiss edə bilməyən utancaq adamlar viruslara daha tez yoluxurlar. Bu cür adamların bakteriya və viruslara qarşı müqavimətləri də az olur.

Optimistlər və ya nikbinlər:
Nikbinlik ömrü uzadır. Qarşılaşdığı bütün problemlərə baxmayaraq, hadisələrə həmişə nikbin nəzərlərlə baxmağı bacaran adamlar bədbin adamlardan təqribən 7,5 il çox yaşayırlar.

Pessimistlər və ya bədbinlər:
Bədbin adamlar nikbin adamlarla müqayisədə daha az yaşamaqla yanaşı, parkinson xəstəliyinə də meyilli olurlar.

Dərdini içinizdə saxlayırsınız?
Dərdini içində saxlayan adamlarda xərçəng və infarkt ehtimalı daha çoxdur.

İnsaflısınız?
Qarşısındakı insana qarşı insaflı davranan və bağışlamağı bacaran adamlar da uzun yaşayırlar.

Xarakteriniz narahatdır?
Narahat xarakterli adamlar təzyiq xəstəliyinə daha çox meyilli olurlar.

Ünsiyyətcilsiniz?
Gəzməyi, insanlar arasında olmağı, söhbət etməyi çox sevən adamların ürək xəstəliklərinə tutulmaq ehtimalı daha azdır. Bu cür adamlar xəstəliklərə qarşı asan mübarizə apardıqları üçün tez sağalırlar. Ancaq bununla yanaşı, onlar köklüyə meyillilikləri ilə də seçilirlər.

Zarafatcılsınız?

Deyilənlərin əksinə olaraq, zarafatcıllıq heç də uzunömürlülükdən xəbər vermir. Bunun əsas səbəbi isə belə adamların həyatdakı təhlükələri görməzliyə vurmağa çalışmalarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə