147 min dollarlıq foto

"National Geographic"in arxivindəki "Əfqan qızı" fotosu 147 min dollara satılıb. SİA-nın verdiyi xəbərə görə, "National Geographic" tarixə işıq salan foto arxivini satıb. Məşhur coğrafiya və səyahət dərgisinin 125 illik arxivindəki 11 milyondan çox fotodan 232-si Nyu Yorkda auksiona çıxarılıb. 3 milyard 800 milyon dollar gəlir gətirən auksionda "Əfqan qızı" adlı məşhur foto 147 min dollara satılıb. Bu foto 1985-ci ildə Əfqanıstandakı bir qaçqın düşərgəsində çəkilib. Məşhur fotonu alan şəxsin adı açıqlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə