Təyyarə, yoxsa uşaq bağçası?

Gürcüstan-Ukrayna Sosial Əlaqələr İnstitutunun rektoru və sabiq peşəkar pilot Qarri Çapidze doğma Rustavi şəhərində YaK 42 təyyarəsinin göyərtəsində uşaq bağçası açıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çapidze təyyarəni "Georgian Airways" aviadaşıyıcısından əldə edib. Təlim zonası elə təchiz olunub ki, təyyarənin bütun xüsusiyyətləri qorunub. Hazırda arzulayanlar çox olsa da, uşaq bağçasında cəmi 20 balaca sakin var.

Bütün xəbərlər Facebook səhifəmizdə