Hansı qidanı nə vaxt və necə yemək sizin həyatınızı büsbütün dəyişə bilər. Amerikalı məşhur qida mütəxəssisi Conni Bovden də belə düşünür. Uzun araşdırmalardan sonra o, az önəm verdiyimiz, amma ən faydalı 11 qidanın adını açıqlayıb.
Kələm: Xərçəngin düşmənidir.
Necə yeməli: bişirmədən, salat kimi.
Çuğundur: Gözlərinizə işıq verəcək.
Necə yeməli: doğranmış və zeytun yağında qızardılmış.
Darçın: Qan şəkəri və xolesterolun nəzarətinə yardımçıdır.
Necə yeməli: Qəhvə kimi isti içkilərlə. Məsələn, isti südə qatmaq olar.
Nar: Təzyiqi düşürür.
Necə yeməli: Təzə və ya suyunu içməklə.
Pencər: Bovden pencəri qırmızı göyərti kimi düşünün deyir. Ondakı təbii qırmızı piqmentlər xərçəngin düşmənidir.
Necə yeməli: Təzə və salatlarla.
Ərik qurusu: Antioksidlərlə doludur.
Necə yeməli: Olduğu kimi və ya bişirib də yemək olar.
Balqabaq çəyirdəyi: Erkən ölüm riskinə qarşı təsirli maqnezum deposdur.
Necə yeməli: Çərəz kimi.
Sardinya: Doktor Bovden sardinyanı "sağlıq konservi" adlandırır. Onda nələr yoxdur: kalsium, dəmir, maqnezium, fosfor və B vitaminin bütün çeşidlərinə sahibdir.
Necə yeməli: Zeytun yağında və ya öz yağında bir müddət saxlanıldıqdan sonra təkbaşına və ya salatla.
Zəncəfil: Ədviyyatın superstarıdır. Xərçəncə və iltihablara qarşı özəllikləri var.
Necə yeməli: Yumurta və ya hər cür səbzə ilə.
Qara quş üzümü: Hafizəni gücləndirir.
Necə yeməli: Yoqurt və ya badama qarışdırıraq yemək məsləhətdir.
Balqabaq: Az kalori ilə uzun müddət adamı tox saxlayır. Vitaminlərlə zəngindir.
Necə yeməli: Darçın və kərə yağı ilə. İmkanınız varsa, hind qozu ilə yeyin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB