ABŞ-da Aya bilet satılacaq

NASA-nın sabiq alimləri və rəhbərliyinin verdiyi məlumata görə, yaxın vaxtlarda aya fərdi uçuşlar reallaşdırılacaq. Uçuşları həyata keçirəcək "Golden Spike" şirkətinin rəhbəri NASA-nın sabiq rəhbərlərindən biri Alan Sterndir. Onun sözlərinə görə, aya səyahət etmək istəyən könüllülər bilet əldə etmək üçün 1,5 mlrd ABŞ dolları ödəməli olacaqlar.

Qeyd edək ki, artıq Asiya, Afrika, Cənubi Koreya və Yaponiyadan olan biznesmenlər aya səyahət üçün müraciət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə