Nobel Mükafatı alan ilk müsəlman

Nobel Mükafatı alan ilk müsəlman

Əbdüs-Səlam 1926-cı ildə Britaniya Hindistanının Cəng adlı şəhərində (indiki Pakistan ərazisində) ziyalı və mömin ailəsində anadan olub. 14 yaşında o ən yüksək göstəricilərlə Pəncab universitetinin Hökumət kollecində oxumaq üçün təqaüd almış və 1946-cı ildə oranı bitirib.

Əbdüs-Səlam İslam dininə inanan, həm də onu həyatında tətbiq edən insan olduğunu özü qeyd edir. Alim Quranın ruhi-dəvətinə inanır.

Əbdüs-Səlam Nobel Mükafatını 1979-cu ildə alır. Alim bu mükafatın öz payına düşən hissəsindən bir penni belə özünə və ya ailəsinə xərcləməyib, bütün pulları inkişaf edən ölkələrdən olan fiziklərin ehtiyaclarının ödənilməsinə sərf edib.

Əbdüs-Səlam 1996-cı ildə Oksford şəhərində vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə