Dünyanın ən qəribə hadisələri...

Dünyanın ən qəribə hadisələri...

Dünyanın ən qəribə hadisələrini təqdim edirik

1. 1978-ci ildə Volqoqrad vilayətində yaşayan Nikolay Aleksandroviç Lipatov ildırım vurması nəticəsində ağır zədə alır və möcuzə nəticəsində sağ qalır. Sağalandan sonra 3 avropa dilində sərbəst danışmağa başlayır.

2. 1987-ci ildə Tula vilayətində pensioner Qennadi Serqeeviş Smirnov yük maşını ilə hasar arasında qalır, başından ciddi zədə alır. Növbəti gün alman dilində danışmağa başlayır.

3. 1992-ci ildə isə Yaroslavlda ağır xəstəlik keçirən qızcığaz sağaldıqdan sonra başa düşülməz dildə danışmağa başlayır. Sonradan aydın olur ki, bu eramızdan əvvəl III əsrdə mövcud olan Şumər dilidir.

4. Moskva psixatriya institutunda 70 yaşlı insult keçirmiş qadının rus dilini unudaraq ivrit dilində danışmağa başlaması hamını heyrətə gətirir. Məlum olub ki, nə vaxtsa bu qadın ivrit dilini bilib, ancaq o zaman çox kiçik yaşda olub.

5 Yaxın keçmişdə isə Şotlandiyada 50 yaşlı qadın yuxudan durduqda öz ana dilində qeyri-adi danışdığını hiss edib. Məlum olub ki, bu Cənubi Afrika ləhcəsidir. Halbuki, qadın heç vaxt Cənubi Afrikada olmayıb və bu dili ümumiyyətlə bilməyib..

Bütün xəbərlər Facebook səhifəmizdə