İnternetə daxil ol, şillə ye!

Iş adamı Maneesh Sethi iş vaxtlarında internet səhifələrində dolaşaraq uzun müddət qaldığı üçün işindən yayınır və bu, onun işinin məhsuldarlığını aşağı salır. SİA xarici mətbuata istinadən xəbər verir ki, Maneesh bu kiçik probleminin həlli üçün qəribə üsula əl atıb. Belə ki, o, öz yanına bir işçi qəbul edib. İşçinin vəzifəsi isə çox əyləndiricidir. Maneesh Sethi hər dəfə diqqətini yayındırıb, internetə daxil olduğu zaman yanındakı işçi onun üzənə şillə vurur. Onun bu qərarı isə bir qədər sonra işinin məhsuldarlığının 38%-dən 98%-ə qədər yüksəldib.

Bütün xəbərlər Facebook səhifəmizdə