Ağaclarla, qurumuş yarpaqlarla örtülü bu meşəni, digər meşələrdən ayıran maraqlı bir hekayə var. Yaponiyadakı Fuji dağının ətəklərini bəzəyən bu meşənin əsl adı "Aokigahara"-dı, amma daha çox "intihar meşəsi" olaraq yaddaşlara həkk olunub. Bunun səbəbisə intihar etmək istəyənlərin son məkan olaraq buranı seçməsidi. Wataru Tsurumuinin "İntihar əl kitabı" adlı kitabında "ölmək üçün mükəmməl bir yer" deyə izah edilir bura. Bu meşə intiharla həyatına son verənlər arasında da məşhur yerdir.
Bu meşənin tarixi xeyli əvvəllərə dayanır. 2002-ci ildə bu meşədə 78 cəsəd tapılıb. 1998-ci ildə isə bu ədəd 73 idi. 2006-cı ildə isə 16 cəsəd tapılıb. Cəsədlərin bəzilərin yanlarında Tsurumuinin intihar barəsində yazdığı o "məşhur" kitabda olub.
Standart bir meşədə lövhələrdə yazılan "Xahiş edirik od yandırmayın, yandıranlara da mane olun" yazıları əvəzinə bu meşədəki lövhələrdə "Xahiş edirik intihar etməyin, intihar etmədən öncə bir daha fikirləşin" kimi yazılar yazılıb. Hətta "intihar etməyə qərar verdinizsə, öncə polislə məsləhətləşin"-yazılan lövhələr belə var. Bütün bu xəbərdarlıqlara baxmayaraq, gəzinti üçün, təmiz hava qəbul etmək üçün mükəmməl olan bu meşə "İntihar meşəsi" olaraq tanınır. Bölgədə yaşayanlar da bunun fərqindədir. Vətəndaşlar meşəyə gəzintiyə gələnlərlə, intihar etməyə gələnləri gözlərinə baxıb anlaya bilirlər.
Bəs intihar məkanı olaraq niyə məhz bu meşə seçilir?
Bunun səbəblərindən biri Yaponların müqəddəs saydığı Fuji Dağı ətəklərində olmasıdır. Bir başqa səbəb də bu meşənin ağaclarının sıx olmasından irəli gələn "uğursuz" havasının olmasıdır. Ərazidə yaşayanların dediyinə görə, ağaclığın içində bir neçə kilometr irəlilədiyinizdə meşənin öz səsindən, yəni ağac yarpaqlarınınsəsindən başqa səslər eşidə bilirsiniz.
Adı çəkilən meşə haqqında minlərlə əfsanə var. Meşənin altında olan zəngin dəmir yataqlarının kompaslarda itməsi barəsində məlumatların olması bu əfsanələrdən biridir. Kompasların bu ərazidə əqrəblərinin düz işləməməsinə görə, insanların meşədə itdiyi də deyilir.
Aokigaharada mühafizə xidmətinin nəzarət etdiyi cəsədləri saxlamaq üçün xüsusi hazırlanmış bir otaq da var. Otaqda iki yataq var: biri cəsəd digəri də yanında yatmaq istəyən biri üçün (elə biri varsa əgər!).
İnanclara görə, cəsədlər tək qalsa, narahat ruhlar bütün gecə uğuldayacaq və cəsəd də yaşayanların dünyasında qalacaq..
"Aokigahara meşəsi" Yaponiyada qarabasmaların da tez-tez gəldikləri yer olaraq tanınır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB