Mobil telefonlar ancaq öldürmür ki!

Mobil telefonlar ancaq öldürmür ki!

Mobil telefonlarının yaydığı elektromaqnit dalğalar alzaimer (yaddaşın zəifləməsi) və parkinson (titrəmə) kimi xəstəliklərin dərmanı imiş. SİA xarici mətbuata istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında kəsəyənlər üzərində aparılan araşdırmadan sonra məlum olub ki, mobil telefonlar yaddaş xəstəliyinin qarşısını ala bilir.

Alimlər alzaimer xəstəsi olacaq qədər genetik dəyişikliyə düçar olan kəsəyənlərə mobil telefonların yaydığı elektromaqnit dalğalar veriblər. Nəticə alimləri təəccübləndirib.

Elektromaqnit dalğalar alan kəsəyənlərin digərləri ilə eyni yaddaşa sahib olduğu müşahidə edilib. Belə ki, siçanlarda alzaimer xəstəliyinə səbəb olan beta amiloid zülalının toplanması dayanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə