Balığa prezidentin adı verildi FOTO

Balığa prezidentin adı verildi FOTO

Amerikalı alimlər yeni aşkarladıqları balıq növünə ABŞ prezidenti Barak Obamanın adını veriblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu balıq Şimali Amerika çaylarında yaşayır. Böyük "Etheostoma obama"ların uzunluğu 48 mm-ə çatır, onların mavi naxışlı narıncı vücudları var.

Onu da qeyd edək ki, "Etheostoma obama" ABŞ prezidentlərinin şərəfinə adlandırılan ilk balıq deyil. Əvvəllər Teodor Ruzvelt, Cimmi Karter və Bill Klintonun da adları balıqlara verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə