Ən mühüm 10 icad

İnsanlar arasında məşhur amerikalı askmen saytı oxuyucuları arasında sorğu aparıb. Beləliklə, dünyanın dəyişməsinə səbəb olan elmi inkişaf:

1. Kompüter: 1950-ci ildə IBM tərəfindən şirkətlər üçün çıxarılan kompüterlər o zamanın pulu ilə 100 min dollara düşürdü. 1977-ci ildə Apple 2 adlı ilk PC modelini inkişaf etdirən Steve Job qeyri-mümkün kimi görünən 'hər evə bir kompüter' fikirinin də reallaşmasına səbəb oldu.

2. Doğum idarə həbi: 1951-ci ildə Carl Djerassi adında bir kimyagərin tapdığı həb sağlam insanların istifadə etdiyi ilk 'dərman' olaraq tarixə keçdi.

3. Cib telefonu: 1947də ABŞ-da Bell Laboratoriyaları tərəfindən inkişaf etdirilən cib telefonlarından bu gün dünyada 2 milyard ədəd var. Avropa Birliyi sərhədləri içərisindədirsə adam başına birdən çox cib telefonu düşür.

4. DNT: 1953-cü ildə Francis Crick ilə Ceyms Watson DNT molekulunun quruluşunu kəşf etdi.

5. Təyyarə: amerikalı Wright Qardaşlar 1903-cü ildə ilk motorlu təyyarənin uçuşunu reallaşdırdı.

6. İnternet: Bu gün dünya əhalisinin 20 faizinin bağlı olduğu internet, 1969-cu ildə ilk inkişaf etdirildiyində yalnız dörd kompüteri bir-birinə bağlayırdı.

7. Avtomobil: 1769-cu ildə Nicholas Cugnot adlı bir fransız insan gücünə gərək olmadan hərəkət edən ilk quru nəqliyyat vasitəsisini hazırladı. Üç təkərli nəqliyyat vasitəsi böyük bir buxar qazanından təmin edilən güclə çalışır, saatda təxminən olaraq 4-5 kilometr yol ala bilirdi.

8. SMS: Dünyanın ilk SMS-i 1992-ci ildə İngilis mühəndis Neil Papworth tərəfindən göndərilib. Göndərilən ilk mesaj 'Xoşbəxt Miladlar' deyirdi.

9. Mətbəə: 1454-cü ildə kəşf edildi. Johannes Gutenberg tərəfindən inkişaf etdirilən təzyiq maşınında ilk olaraq 300 ədəd İncil basılmışdı.

10. Televiziya: Televiziya 1923-cü ildə, Şotlandiyalı Mühəndis John Logie Baird tərəfindən İngiltərənin Hastings qəsəbəsində icad edilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə