41 illik cütlük 5 dəqiqə ara ilə öldülər MARAQLI

41 illik cütlük 5 dəqiqə ara ilə öldülər MARAQLI

Türkiyənin Osmaniyyə bölgəsinin Kadirli mahalında çox nadir rast gəlinən hadisə baş verib. 65 yaşındakı Döndü Nurdoğan keçirdiyi infarkt nəticəsində dünyasını dəyişib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bəd xəbəri alan həyat yoldaşı, 70 yaşlı Hüseyn Nurdoğan da infarkt keçirib. 5 dəqiqə ara ilə həyatlarını itirən Nurdoğan cütlüyü, Kahramanmaraşda dəfn edilib.

Uzun illər Hollandiyada fəhlə kimi çalışan 4 uşaq atası Hüseyn Nurdoğan ilə həyat yoldaşı Döndü Nurdoğan 7 il əvvəl Kadirlinin Şəhid Məmməd Delikuş Məhəlləsinə köçüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə