Bu günün tarixi, tarixin bu günü

Bu günün tarixi, tarixin bu günü

1131-ci ilin bu günü Şərq mütəfəkkiri Ömər Xəyyam vəfat edib.

1674-cü ildə Çikaqo şəhəri salınıb.

1872-ci ildə "Marka" Almaniyanın rəsmi pul vahidinə çevrilib.

1927-ci ildə Türkiyə Cümhuriyyətinin ilk kağız pulları dövriyyəyə buraxılıb.

1877-ci ildə Tomas Edison fonoqraf cihazını təqdim edib

1922 – Hovard Karter Firon Tutanxamonun məzarını ziyarət etmək üçün xalqa icazə vermişdir.

1929 – Amerikalı admiral Riçard Börd tarixdə ilk dəfə Cənub Qütbü üzərindən uçmuşdur.

1944 – Albaniya Xalq Respublikası yaradılmışdır.

1945-ci ildə Yuqoslaviya Federativ respublikası yaradılıb

1947 – Ərəblərin kəskin etirazına baxmayaraq BMT Fələstin ərazisinin bölünməsi və müstəqil İsrail və fələstin dövlətlərinin yaradılması qərarı vermişdir.

1967-ci ildə Yunanıstan Kipr probleminə dair Türkiyənin irəli sürdüyü şərtləri qəbul edib və böhran aradan qaldırılıb

1974 – Pakistanda baş verən zəlzələ nəticəsində 4700 adam vəfat etmişdir.

1978-ci ildə "Xalq Məbədi" təriqətinə mənsub 913 nəfər Qayana meşələrindəki bazalarında zəhər içərək kütləvi intihar ediblər

1988 – Azadlıq meydanındakı mitinqin dağıdılmasından sonra Azərbaycanda kütləvi tətillər başlamışdır.

1988 – Azadlıq qəzeti nəşrə başlamışdır.

2002 – İndoneziyada keçirilən məhkəmə prosesinin sonunda Şərqi Timorun 1999-cu ildə İndoneziyadan ayrılması üçün baş verən iğtişaşlarda bəşəriyyətə qarşı cinayət törətməkdə günahlandırılan iki sabiq hərbi komandir, bir polis şefi və bir hökumət səlahiyyətlisi bəraət almışlar.

Bütün xəbərlər Facebook səhifəmizdə