“Ölkəmizdə porno ulduzu istəmirik”
Erməni pornoulduza sərt etiraz

Tanınmış içki brendlərindən birinə aid mağazanın açılışı üçün Bəhreynə gedən erməni əsilli amerikalı model Kim Kardaşyan bu ölkədə qəribə bir sürprizlə qarşılaşıb. Xarici mətbuata istinadən verilən məlumata görə, Riffa şəhərində bir qrup dindar Kardaşyana öz etirazını bildirib.

50-yə yaxın etirazçı Kardaşyana qarşı "Ölkəmizdə porno ulduzu istəmirik" şüarlar səsləndirərək öz hiddətlərini bildirib. "Allahu Əkbər" nidaları ilə yürüş keçirən əsəbi insanların aksiyasına polis gözyaşardıcı qazla müdaxilə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə