Amerika alimləri fenomenal texnologiya hazırlayıblar. SİA xarici mətbuata isinadən xəbər verir ki, bu texnologiya sayəsində undan hazırlanmış istənilən qida məhsulunu iki ay ərzində təzə saxlamaq mümkün olacaq. Adi üsulla hazırlanmış çörək ən geci 6-7 günə kiflənir. Əgər çörəyi sellofan paketdə saxlasaq, onda olan kif göbələkləri bundan iki dəfə sürətlə artıb çoxalacaq. Yeni texnologiyanın mahiyyəti ondan ibarətdir ki, burada çörəyin tərkibində olan göbələklər mikrodalğalı şüalanma ilə məhv ediləcək. Alimlər bu texnologiya sayəsində nəinki un məmulatıarını, həmçinin tərkibində göbələk olan digər ərzaqların da saxlama müddətini artırmağa ümid edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB