Şərq Çində yaşayan 14 aylıq Song Sheng adlı körpənin dərisinin eynilə balıq pulcuqlarına bənzəməsi həkimləri təəccübləndirib. Həkimlər kiçik Shengin dərisində məsamələr olmadan doğulduğunu və nadir hallarda rast gəlinən bu genetik xəstəliyin körpənin dərisinin nəfəs almasının qarşısını aldığını açıqlayıb. İnsanlar tərəfindən "balıq uşaq" adlandırılan Sheng doğulduqdan sonra müşahidə edilərkən bir neçə gün ərzində pulcuqların yarandığı məlum olub. Həkimlər bildiriblər ki, uşağın dərisində məsamələr olmadığından o tərləyə bilmir və nəticədə dəri üst-üstə yığılaraq pulcuqlar əmələ gətirir.
Pulcuqlar yarandıqca körpənin daxili istiliyi xaricə çıxa bilmir deyən həkimlər qeyd ediblər ki, Shengi buz vasitəsilə yaşadırıq: "Əgər kifayət qədər buz olmasa körpə ölə bilər".
Həkimlər bildiriblər ki, "Lamellar ichthyosis" adlanan bu xəstəliyin müalicəsi hələ ki elm dünyasına məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB