Özümüz haqqında bilmədiklərimiz MARAQLI

Özümüz haqqında bilmədiklərimiz MARAQLI

İnsan bədəni anatomiyası ilə əlaqədar sirlərdən bəziləri

*O qədər karbon daşıyarıq ki, bunları bir yerə toplayıb istifadə etmək mümkün olsa 9000 ədəd karandaş əldə edə bilərik. 2200 kibritə çatacaq qədər fosforumuz, 250 qramdan çox sulfatımız, bir qaşıq dolusu maqneziumuz, 5 sm boyunda bir mismar edəcək qədər dəmirimiz vardır.

*Bədənimizdə 25 milyard oksigen alıcı qırmızı qan yumrularıdır. Bunları bir səth üzərinə yayacaq olsaq 2570 kvadrat metrlik sahəni örtər.

*Körpəykən 270-dən çox sümüyümüz varkən, böyüdükcə bunların bəzisi bir-biriylə qaynaşaraq sonunda yalnız 206 sümüklə qalırıq.

*Ürəyimiz normal olaraq dəqiqədə 70-72 dəfə döyünür. Bu atışa görə, 70 yaşındakı insanın ürəyi 2500 milyon dəfə atmış və bu müddət içindədə 167561600000 kilo qan, damarlarımıza nasosla vurmuşdur

*Normal bir bədən istiliyi ilə, insanın dözə biləcəyi ən isti suyun istiliyi 110°C dir.

*Normal bir insan bədənində olan elektrik 25 Vattlıq bir lampanı dəqiqələrlə yandıra bilər.

*Əsmərlərdə 120 min, sarışınlarda isə 140 min ədəd saç teli var. Hər keçən gün başımızdan 25.000 arasında saç teli qopur və yerinə yenə eyni ədəddə yeniləri çıxır.

*Bir dəqiqədə 1025 kub.sm havanı içimizə çəkir, 4 kiloqrama yaxın qanı bədənimiz ötürürük.

*Araşdırmalara görə, 6 dəqiqə sualtında qala, 20 dəqiqə nəfəsimizi tuta, -103 dərəcə soyuğa dözə bilərik. 30 gün ac, 110 saat da yuxusuzluğa dözə bilərik.

*Dırnaqlarımız bir ildə 3,75 metr qədər uzanır.

*İnsan doğulduqdan bir neçə gün sonraya qədər heç bir şey eşitmir, demək olar ki, kar olur.

*Bədənimizdə olan yağla 7 iri sabun düzəldə bilərik

*İrəli doğru bir adim atıldığında, insan bədənindəki 54 əzələ işləyir.

*İnsan beyninin ortalama ağırlığı 1.3 kg-dır.

*Birinin simasını yadda saxlamaq üçün beynimizin sağ yarımkürəsi aktiv fəaliyyətdə olur.

*Yetkin bir insan gündə orta hesabla 23 min dəfə nəfəs alır

*Qaşları yuxarı qaldırmaq üçün 30 əzələni hərəkətə gətirmək lazımdır

*Kişilər qadınlara nisbətən on qat daha çox rəng görə bilirlər.

*Döllənmədən doğuma qədər bir körpənin ağırlığı beş milyon qat artır.

*Əl dırnaqları ayaq dırnaqlarından 4 qat daha sürətli uzanır.

*İnsanın omba sümüyü betondan daha möhkəmdir.

*Dünyada insanlardan daha çox toyuq var.

*İnsan ildə ən az 1460 yuxu görür.

*İnsanlar orta hesabla bütün ömrü boyu təxminən 200 milyon dəfə nəfəs alır və verir, 1 milyard dəfə ürəyi döyünür, 300 milyon dəfə mədə sıxılması və 20 milyard göz qırpması hadisəsi baş verir.

*Bir insan yeddi dəqiqə içərisində yuxuya gedər

*İnsan bədənindəki ən güclü əzələ dildir.

Bütün xəbərlər Facebook səhifəmizdə