Günəşdən 17 milyard dəfə böyük dəlik tapılıb

Günəşdən 17 milyard dəfə böyük dəlik tapılıb

ABŞ-dakı Astronomiya İnstitutunda bir qrup elm adamı günəşdən 17 milyard dəfə böyük olan bir dəlik kəşf ediblər. Teleskop vasitəsi ilə 900 qalaktikanı axtaran elm adamları nəhəng qara dəliyi dünyadan 220 milyon işıq ili uzaqlıqda yerləşən Perseus komanda ulduzunda tapıblar.

Xatırladaq ki, indiyə qədər kəşf edilən ən böyük qara dəliklərdən biri günəşdən 4 milyon dəfə böyük və günəş sisteminin daxilində yerləşən Samanyolu qalaktikasının mərkəzində tapılıb. Yeni kəşf edilən dəliyin 8 milyard il əvvəl ortaya çıxdığı və inkişaf müddəti ərzində dəyişikliyə məruz qaldığı haqqında iddialar irəli sürülüb.

Yeganə Süleymanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə