Ölüm bu dəfə Qara dənizdən gəlir
Yerli sakinlər Qara və Azov dənizi sahillərində yüzlərlə ölü quş aşkar ediblər.1000-ə yaxın qağayı, qarabatdaq, qaşqaldaq, qu quşu və ördək ölüsü Qızıldaş, Buğaz, Golenköy limanları yaxınlığında aşkar edilib. Daha sonra, Qara dəniz sahilindəki Temryuk rayonunun Veselkova kəndində də ölü quşlar aşkarlanıb.
Rusiyanın Kənd Təsərrüfatına nəzarət idarəsinin Krasnodar vilayəti Adıgey respublikası üzrə idarəsinin mətbuat xidmətindən Life News-a bildiriblər ki, ölü quşlar laboratoriya analizindən keçirilib.
"Biz deyə bilərik ki, quşların kütləvi ölümünün səbəbi quş qripidir" - o əlavə edib.
Hazırda Rusiyanın təbii resurslar departamenti dövlət ekoloji nəzarət idarəsinin işçilərindən ibarət qrup yaradılıb və həmin qrup ölü quşların yığılması və məhv edilməsi ilə məşğul olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB