Soyuq havalarda dərinin qurumaması üçün sağlam qidalanmaq lazımdır. Dərinizin qayğısına qalmaq üçünsə aşağıdakılara əməl etməyiniz kifayətdir.
Mədəmiz kimi dərinin də suya ehtiyacı var. Gün ərzində kifayət qədər - ən az 5 stəkan su içmək lazımdır. Şəkərli, duzlu və həddindən artıq ədviyyatlı qidalardan uzaq durun. Protein, meyvə və tərəvəzlərlə qidalanın. Fast food və qızartma yeməklərini qədərindən artıq yeməyin. Kafeinin miqdarını azaldın. İspanaq, brokoli, bibər, üzüm, çiyələk, yaşıl çay və.s kimi antikoksidanlarla zəngin olan qidaları qəbul edin.
Dəri üçün vacib olan əsas vitamin A və C vitaminidir. Yerkökü və qaysı qurusu A vitamini ilə zəngindir. Limon isə C vitamini ilə zəngindir. Qoz, fındıq, badam və meyvə qurularını süfrənizdən əksik etməyin. Bu qidaları əsasən, səhər yeməyində yeyin.
Dəniz məhsulları da dərinin sağlam olmasında xüsusi rol oynayır. Kütüm və somon balığı dərinin nəm balansını qoruyur. Ətin miqdarını azaldın. Əvəzində isə toyuq və balıq yeyin. Qatıq və ağartı məhsullarını isə mümkün qədər çox qəbul edin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB