İngiltərə alimləri dar şalvar, korsetlər və sıx paltarların ciddi xəstəliklərə səbəb ola biləcəyini deyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Bristol Fizioterapiya Klinikasının rəhbəri Riçard Briknellin sözlərinə görə, cins və dar şalvarlar qarının aşağı nahiyəsini sıxır, nəticədə mədə turşusu həzm borusuna qalxır və mədə qıcqırması baş verir. Bu isə öz növbəsində mədə xorası və xərçəngə gətirib çıxara bilər.
O deyib ki, süni yolla qarını yığan korsetlər isə nəfəs alarkən diafraqmanın tam olaraq aşağı düşməsinə mane olur. Bu isə stress və əsəb gərginliyi yaradır. Bundan başqa sinirlərin sıxılması nəticəsində çanaq və beldə ağrılar və keyimə baş verir.
Mütəxəssisin açıqlamalarına görə, düymə ilə bağlanan dar yaxalı köynəklər də sağlamlığa zərər verir. Çox sıx bağlanmış yaxa göz xəstəliklərinə gətirib çıxarır. Boyunda olan damarın daim sıxılması nəticəsində göz təzyiqi artır və bu da qlaukomaya səbəb olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB