Çində Lu Çjenhay adlı yaşlı bir kişi mayya təqviminə əsasən 2012-ci ildə dünyanın dağılması zamanı sağ qalmaq üçün ehtiyat tədbirləri görür.
"Huffington post"-un verdiyi xəbərə görə, Çinin şimal-qərbindəki Sincan Uyğur muxtariyyətində yaşan Çjenhay "mayya qiyaməti" zamanı sağ qalmaq üçün özünə "Nuhun Gəmisi" tikir.
Gəminin tikinti işləri 2010-cu ildən başlanılıb və çinli artıq gəminin inşasına 160 min dollar xərcləyib. Lunun bildirdiyinə görə, gəminin tikintisi başa çatan zaman onun uzunluğu 20 metr, çəkisi isə 80 ton olacaq.
Lu 2012-ci ildə dekabrın 21-də dünyanın sonu zamanı baş verəcək sellərdən qurtulmaq üçün gəmiyə sığınacağını bildirib və o, digər adamları gəmisində sığınmağa dəvət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB