Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad hava limanında qeyri-adi hadisə baş verib. Xarici mətbuatının verdiyi məlumata görə, aeroportun işi iflic olub. Buna səbəb isə adi bir pişik olub. Pişik Beyruta gedən laynerin göyərtəsinə qalxıb.
Təyyarənin heyəti düz 3 saat heyvanı tutmağa çalışıb. Lakin onların bütün cəhdləri uğursuz olub. Nəticədə kapitan hava limanının əməkdaşları ilə birlikdə uçuşu başqa təyyarə ilə həyata keçirmək haqqında qərar verib.
Hava limanı əməkdaşlarının pişiyə başları qatışdığı vaxt isə demək olar ki, bütün limanın işi iflic olub. Bir çox reyslər saatlarla gecikib. Pişiyin taleyi barədə isə məlumat verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB