Zərdab rayonunun Şəhriyar küçəsində yaşayan Hüseynovlar ailəsinin təsərrüfatında maraqlı hadisə baş verib. Normalda ən çox əkiz bala verən inəyin bu dəfə 3 balası olub. Bu bölgədə heyvandarlıqla məşğul olan fermerlərin sözlərinə görə, 25 ilə yaxındır təssərüfatla məşğul olsalar da, hələ ki, belə bir halla rastlaşmayıblar. Artıq bir aylıq olan buzovlar ot və yemlə qidalanır.
Kənd sakinlərinin sözlərinə görə, bu cür üçəmlərin olması hallarına xırda buynuzlu heyvanlarda tez-tez rast gəlinsə də, iribuynuzlu heyvanlar arasında bu nadir rast gəlinən bir hadisədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB