Yaponlar yeni nəsil nəqliyyat növü olan "Maglev"i təqdim ediblər. Maqnit levitasiyası prinsipi əsasında hərəkət edən bu qatar 310 km/saat sürət yığa bilir. "Central Japan Railway Co." (JR Tokai) şirkətinin "Series L0" adlı qatarının sınaqları uğurla keçib və "Maglev" xətti işə salınıb. Lakin qatar 2027-ci ildə istifadəyə veriləcək.
Asahi Shimbun bildirir ki, qatar Tokio-Naqoyya marşrutunda hərəkət edəcək. "Maglev"ə adi relslər gərək deyil. Elektrik cərəyanı buraxılmış rels üzərində süzən qatar yaranmış maqnit sahəsi nəticəsində yeganə rels üzərində asılı qalır. Hərəkət etmək üçün "Maglev" maqnit sahəsindən yararlanaraq rels üzərində sürüşür.
"Sürüşən qatar" Yaponiyadakı "JR Chuo Shinkansen Line" ekspress qatarlarının təkmilləşdirilmiş texnologiyasıdır. Bu qatarlar və onların infrastrukturu hələ 1964-cü ildə istifadəyə verilib.
Həmin qatar sistemi dünyada ən sürətli kütləvi sərnişin daşımalar sistemi hesab olunur.
Lakin "Sinkansen"in 90 dəqiqəyə qət etdiyi marşrutu "Maglev" cəmi 40 dəqiqəyə keçir.
Yaponlar "maglev"lərdən ibarət dəmiryol şəbəkəsinin ilk iri miqyaslı xəttini 2045-ci ildə istifadəyə verəcəklər. Osaka şəhərində tətbiq ediləcək sistemin inşasına 12 milyard dollar xərclənəcək. Bir "maglev" lokomotivi 1000 sərnişin apara biləcək 16 qatarı daşıya bilər.
Beləcə, yaponlar dünyada ilk maqnit sahəli marşrut şəbəkəsini istifadəyə verəcəklər. Halbuki Çinin Şanxay şəhərində maqnit yastıqlı qatarlardan çoxdan bəri istifadə olunur. Şanxaydakı 1,33 milyard dollarlıq dəmiryol xəttindəki qatarlar 340 km/saat sürətlə hərəkət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB