Koreyalı reper Psy-ın "Gangnam Style" klipinə YouTube-də 806 milyon dəfədən çox baxılıb. Bakı vaxtı ilə saat 03.10-a olan məlumata görə, klipin baxış sayı 806 milyon 283 min 968-dir. "Reuters"in verdiyi məlumata görə, beləliklə, 34 yaşlı koreyalı reperin videosu Castin Biberin 2010-cu ildə təqdim olunan və 803 milyon dəfə baxılmış "Baby" mahnısının rekordunu təzələyib.
"Gangnam Style" klipi YouTube-yə bu ilin iyulunda yerləşdirilib və əsl sensasiyaya səbəb olub. YouTube nümayəndələri bildiriblər ki, indiyədək portalda yerləşdirilmiş heç bir material bu qədər populyarlıq qazanmayıb.
Seulun varlı rayonuna həsr edilmiş mahnı parlaq geyimdə olan reperin qeyri-adi rəqs hərəkətləri ilə müşayiət olunur. Bir sıra tanınmış susiqiçi, siyasətçi və ictimai xadim reperin rəqsini təqlid edib.
Psy-ın kompozisiyası "Europe Music Awards"da ilin klipi seçilib. "Gangnam Style" koreya dilində ifa edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB