Hülya Avşar Ərdoğanı özünə bənzədib

Hülya Avşar Ərdoğanı özünə bənzədib

Hülya Avşar buna səbəb kimi Ərdoğanın sərt çıxışlarını göstərib: "Baş naziri özümə bənzədirəm. Çünki mən də hadisələrə onun kimi yanaşıram".

Türkiyənin "NTV" telekanalına açıqlama verən Avşar siyasətlə bağlı bir çox sualları cavablandırıb: "Mən baş nazir olsaydım, orta yol seçməzdim. Ortada olmağı sevmirəm. Ərdoğanın sərt bəyanatları mənim fikirlərimlə üst-üstə düşür. Mən onun sərt çıxışlarını təqdirəlayiq hesab edirəm. Ərdoğanla mənim həyat fəlsəfəm bir-birinə bənzəyir. Baş nazir bəzən onu sevənləri də qəzəbləndirən bəyənatlar verir. Belə hallar baş verdikdə mən hörmətli Ərdoğana əsəbiləşmirəm. Çünki mən də hadisələrə onun kimi yanaşıram".

Hülya Avşar məhbusların aclıq aksiyasına son verməyini də dəyərləndirib: "Məhbusların aclıq aksiyasını dayandıracağını bilirdim. Mənə elə gəlir ki, baş nazir də ölüm hadissiə baş vermədən aclıq aksiyasının yekunlaşacağını bildiyinə görə, bu aksiyanı şou kimi qiymətləndirmişdi".

Bütün xəbərlər Facebook səhifəmizdə