Yeni rekord: 135 saat 50 dəqiqə FOTO

Yeni rekord: 135 saat 50 dəqiqə FOTO

Türk əsilli Avstraliya vətəndaşı Okan Kaya Ginnesin Rekordlar kitabına düşüb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Okan Kaya 135 saat 50 dəqiqə fasiləsiz olaraq "Call of Duty: Black Ops II" oyununu oynayaraq yeni bir rekorda imza atıb. Okan Kaya kompüter oyunlarına xüsusi bir sevgi duyduğunu bildirib. O, bu rekorda nail olmaq üçün 5 gündən artıq vaxt sərf edib. Bundan əvvəlki rekord isə 120 saat 7 dəqiqə olmuşdu.

Okan Kaya deyir ki, bu rekorda həftənin çərşənbə axşamı başlayıb. Hər saatın əvvəlində 10 dəqiqə ayaqyolu üçün fasiləyə çıxıb və tez-tez energetik içkilər içərək yuxusuzluqla mübarizə aparıb. Okan "4Cabling" firmasında satış meneceri çalışır. O. Kaya deyir ki, əllərində qıcolmalar olduğu üçün əllərini sarımalı olub.

Qeyd edək ki, Ginnes-in qaydalarına görə, Okan Kayaya bir müddət yatmağa icazə verilib. Keçən il isə tayvanlı bir gənc 40 saat boyunca kompüter oyunu oynadıqdan sonra ölmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə