Ölüm gününüzü öyrənmək istəyəcək qədər cəsursunuz? Britaniya alimləri Əzrayılın gələcəyi günü dəqiq müəyyənləşdirməyə imkan verən test hazırladıqlarını iddia edirlər.
La İnformacion bildirir ki, Şərqi İngiltərə Universitetinin professoru Devid Riçardsonun başçılıq etdiyi qrup insan orqanizmindəki telomer hüceyrələrin miqdar və fəallıq səviyyəsini ölçərək ölüm gününü dəqiqləşdirdiklərini deyiblər. Test zamanı hesablanan telomerlər vasitəsilə bioloji yaş və ölüm tarixi konkretləşdirilir.
Seyşel arxipelaqında yaşayan quşlar üzərində eksperimentlər aparan və sınaqlarını 20 il sərasər davam etdirən professor Riçardson testi vasitəsilə həmin quşların hər birinin ölüm tarixini əvvəlcədən dəqiq müəyyənləşdirdiyini bildirib.
"Telomerlərin miqdarı, səviyyəsi və uzunluğunu ölçməklə onların canlı oorqanizmin həyatının sürəyi ilə sıx əlaqədə olduğunu anladıq. Quşlar üzərində keçirilmiş eksperimentlər də bunu təsdiqlədi", - Riçardson deyib.
Professorun dediyinə görə, çox yaxın vaxtlarda 650 dollar ödəyəcək hər kəs "Ölüm günü" testindən keçərək dünyasını dəyişəcəyi günü öyrənə biləcək.
"Amma məncə, kimsə ölüm gününü öyrənməyə can atacaq qədər cəsur deyil", - Riçardson deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB