Nobel mükafatçısı, fizik Albert Eynşteynin normal insanların beynindən çox daha fərqli bir beynə sahib olduğu ortaya çıxıb. SİA-nın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, Floruda Universitetinin professoru, antropoloq Deyan Falk Eynşteynin beyninin böyüklük və şəkil baxımından normal olduğunu, ancaq beynin bəzi qisimlərindəki anatomik xüsusiyyətlərin son dərəcə fərqli olduğunu söyləyib.
Eynşteynin beyninin prefrontal, somatosensoriyel, mühərrik, paryetal, temporal və oksipital kortekslerinin inanılmaz xüsusiyyətlərə malik olduğunu deyən Falk bu xüsusiyyətlərin Eynşteynin mekansal əlaqələrin vizual qəbulu və riyaziyyat qabiliyyətlərinə nörolojik dəstək təmin etdiyinə diqqəti çəkib.
Qeyd edək ki, 1955-ci ildə vəfat edən Eynşteynin beyni kəlləsindən çıxarılmış və müxtəlif bucaqlardan fotoşəkli çəkilmişdi. Bu fotonu çəkənlərin çoxu 1955-ci ildən bu yana itkin düşüb.
Bu fotoşəkillərdən 14-ü fotoşəkilləri çəkən patoloq Tomas Harvey tərəfindən New Jerseydəki Milli Sağlamlıq və Tibb Muzeyinə bağışlanan sənədlər arasından tapılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB