Böyük Britaniyada toyuğa saymaq öyrədilib. Rusiya mətbuatının verdiyi məlumata görə, "Kerol Vorderman" ləqəbli ev quşu kartlarda təsvir edilən sayları aydın müəyyən edə bilir.
Toyuğun 47 yaşlı sahibinin sözlərinə görə, o heyvanın kartdakı rəqəmlərin sayı qədər lövhəni dimdikləməsini eşidəndə şoka düşüb. Hələlik "Kerol" 8-ə qədər saya bilir. Ancaq sahibi onunla bu sayı artırmaq üçün məşqlərini davam etdirir.
Toyuğun saymağa marağını itirməmək üçün sahibi hər gün 2-3 dəqiqiə onunla məşğul olur. Hər doğru cavaba görə, toyuq yemlə mükafatlandırılır.
47 yaşlı qadının başqa toyuqlarıda yem almaq üçün onun etdiklərini təkrarlasalar da hələlik onlarda heç bir şey alınmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB