Fransanın "UNOWHY" şirkəti "QOOQ" kod adlı yeni planşetini təqdim edib. 400 dollar məbləğində satışa çıxarılan planşet aşpazlara yardımçı olmaq üçün nəzərdə tutulub. Qurğuya geniş kulinariya kitabı daxil edilib.
SİA-nın rus saytına istinadən məlumatına görə, cihaz 1 QHs takt tezlikli iki nüvəli prosessorla təchiz edilib və "Linux" əsasında hazırlanmış əməliyyat sistemi ilə işləyir. Planşetə Avropanın ən yaxşı aşpazlarından əldə edilmiş 1000 reseptdən ibarət kulinariya kitabı daxil ediləcək. Bunun üçün təcrübəli aşpazlar ayda 9.9 dollar və ya ildə 99 dollar ödəməklə, həmin reseptlərə abunə olmaq imkanı əldə edəcəklər.
Yemək hazırlamağı qurğu vasitəsilə mətn və şəkillərdən ibarət təlimatlar və ya video reseptlər üzrə öyrənmək olar. Həmçinin qeyd edək ki, "QOOQ" planşetinin korpusu mətbəxdə baş verə biləcək zədələnmələrə qarşı dayanıqlıdır. O, maye keçirmir və rezin örtük qurğunun masadan sürüşməsinə imkan vermir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB