Lənkəranın Rvo kəndində tut ağacı il ərzində ikinci dəfə bar verib. SİA-nın Cənub bürosunun məlumatına görə, kənd sakini İmran Məmmədovun sözlərinə görə, tut ağacının payızın sonunda yenidən bar verməsini ilk dəfədir ki, görür. Bioloq Məhəmmədhüseyn Hüseynov tut ağacının il ərzində ikinci dəfə bar verməsini oktyabar ayının isti keçməsi ilə əlaqələndirir.
Onun fikrincə, temperaturun iqlim normasından artıq olması sükunət dövrünü yaşamalı olan bitkilərdə ara-sıra yalançı oyanışın baş verməsi ilə nəticələnib. Həmçinin ağacda ehtiyat qidanın olması onun yenidən bar verməsinə zəmin yaradıb.
Qeyd edək ki, bitkinin il ərzində ikinci dəfə bar verməsini mütəxəsislər onun sonrakı inkişaf dövrü üçün zərərli amil sayırlar. Çünki ehtiyat qidasını il ərzində ikinci dəfə bar vermək üçün sərf edən bitki yaz aylarında gücdən düşür və nəticədə növbəti ildə məhsuldarlıq aşağı düşür.
S.Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB