Baş nazir köynəyinin düyməsini bağlamağı yaddan çıxarıb
Böyük Britaniyanın paytaxtı London şəhərində dünən gecə iştirak etdiyi ziyafətdə baş nazir Devid Kameron gülməli duruma düşüb. Baş nazir ziyafətə gələrkən köynəyinin iki düyməsini bağlamağı unudub. Ziyafətdə bir müddət düyməsi açıq gəzən Kameron, beləcə jurnalistlərin hədəf obyektinə çevirilib.
Qeyd edək ki, maliyyə böhranı bataqlığında olan Avrozona ölkələriylə qənaət paketi mövzusunda razılağa gəlməyən baş nazir, ziyafət boyu fikirli görsənib. Köynəyinin düymələrinin açıq olduğunu birdən hiss edən Devid Kameron, ətrafa baxaraq onları düymələməyə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB