Britaniya alimləri bir çox ürək xəstəliklərinin müalicəsi üçün böyük əhəmiyyət kəsb edən vena və arteriya yetişdiriblər. SİA-nın məlumatına görə, Kembric Universitetinin həkimləri öz laboratoriyalarında qan damarlarının divarının böyüməsini təmin edən üç tip hüceyrəni yaratmağa müvəffəq olublar. Damarların yetişdirilməsi üçün 4 il vaxt sərf edilib. Həkimlərin sözlərinə görə süni yaradılan damarlar istifadə üçün 90% effektiv və yararlıdır. Onlar qeyd ediblər ki, miokard infaktı, insult kimi xəstəliklərin müalicəsində yeni perspektivlər açılıb.
Laboratoriya şəraitində yaranmış damarlar ürəkdə riskli əməliyyatlar aparmadan, damar köçürülməsində istifadə edilə bilər. Süni damarlar həmçinin dializli böyrək xəstələrində, ağır travma alanların müalicəsində də istifadə edilə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB