Bir çox məşhurlardan, siyasətçilərdən, prezidentlərdən sonra Roma Papası da nəhayət "Twitter" sosial şəbəkəsinə qoşulacaq. SİA-nın məlumatına görə, bu barədə Roma katolik kilsəsinin mətbuat xidməti məlumat yayıb. Vatikan nümayəndəsi Federiko Lombardi Papa XVI Benediktin tezliklə şəxsi "Twitter" hesabından istifadə etməyə başlayacağını bildirib.
Qeyd edək ki, 85 yaşlı Roma papası keçən il "Twitter"-də Vatikanın xəbər portalı açılan zaman ilk dəfə yazı yazmışdı. Bu dəfəki hesab isə sırf Papa Benediktə məxsus olacaq və onun 2012-ci ilin axırlarında aktivləşdirilməsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB