Belə də ölüm olar?

Ən qeyri-adi və maraqlı ölüm faktlarını SİA sizlərə təqdim edir:

1- 1995-ci ildə Amerikada kola satan bir maşından pulsuz içki almağa çalışan adam maşından atılan kola qutusunun başına sərt dəyməsi nəticəsində həyatını itirib.

2- Argentina Buenos Airesdə reallaşan ölüm hadisəsində həyat yoldaşını öldürməyə çalışan adam xanımını qaldıqları otelin 23-cü mərtəbəsindən aşağı atıb. Qadın aşağı düşərkən elektrik tellərinə ilişib. Arvadının ölüb ölmədiyindən əmin olmaq istəyən adam özünü də aşağı atıb və məftillərdən yapışa bilmədiyi üçün yerə çırpılaraq dünyasını dəyişib.

3- İtaliyada reallaşan bir ölüm hadisəsində Pisa şəhərində yaşayan Romollo Ribaldo adlı adam işsiz olduğu üçün intihar etməyə qərar verib. Həyat yoldaşı 42 yaşlı Romollo Ribaldoya intihar etməməsi üçün ona yalvarıb. Razı olan Romollo ağlamağa başlayıb və əlindəki silahı yerə atıb. Yerə düşən silahdan atəş açılıb və silahdan çıxan güllə Romollonun həyat yoldaşına dəyib, nəticədə qadın ölüb.

4- Amerikada bir heyvanxanada fil baxıcısı təmizlik edərkən filin nəcisi altında qalaraq can verib.

5- Khay Rahnajet adlı İraqlı terrorçu içində bomba qurğusu olan bir paketi poçtla sui-qəsd ünvanına göndərib. Paketin üzərində kifayət qədər pul olmadığı üçün poçt xidməti paketi geri göndərib. Paketi görən naşı terrorist paketdə bomba qurğusu qurduğunu unudaraq paketi açıb, bombanın partlaması nəticəsində parçalanaraq ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə