Şamaxı Astrofizika Rəsədxanası: "Yer kürəsinin qaranlığa qərq olunacağı ilə bağlı məlumatların heç bir əsası yoxdur"
"Dekabrın 21-22-də Yer kürəsinin qaranlığa qərq olunacağı ilə bağlı verilən məlumatların heç bir əsası yoxdur. Bu tarixlər adi günlərdən biri olacaq". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirdilər. Rəsadxanadan dünyanıın qaranlığa qərq olunacağına səbəb kimi göstərilən "Planetlərin paradı" məsələsinə də aydınlıq gətirildi. Rəsadxananın direktoru Əyyub Quliyev paradın sonuncu dəfə 1982-ci ildə baş verdiyini, bu hadisənin bir daha 2161-ci ildə təkrarlanacağını dedi.
Rəsədxananın elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov isə məsələyə bu cür aydınlıq gətirdi. Mayalıların təqviminə görə, 2012-cu il dekabr ayının 21-də dünyanın sonudur. Bəzi alimlər belə əsaslandırırlar ki, Maya təqvimi qurtardığına görə, dünyanın da axırıdır. Bu fikir əsasız bir fikirdir.
İkinci bir fikir formalaşıb ki, Tibet buddistlərinin dini lideri Dalay Laması NASA-ya müraciət edib. Dekabr ayının 21-də Günəş günəş sistemi ilə birlikdə qalaktikanın sıfır xəttindən keçəcək və bu anda bütün enerjilər kəsiləcək. Yer üzünü həmin gündən qaranlıq bürüyəcək. Bu da əsassız fikirlərdir. Yaxın günlərdə hətta, bir neçə yüzilliklərdə yer kürəsini heç bir təhlükə gözləmir.
Xıdır Mikayılovun sözlərinə görə, qeyd olunan tarixdə günəş tutulması belə baş verməyəcək. Hər halda 21 dekabrın hansı hadisələrlə tarixə düşəcəyinin şahidi olmağımıza 44 gün vaxt qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB