"Bloomberg"in siyahısına 77 milyard dollarlıq varidatı ilə meksikalı maqnat Karlos Slim Helu başçılıq edir
"Bloomberg markets" jurnalı dünyanın ən zəngin adamlarının yeni reytinqini açıqlayıb. "Forbes"in reytinqində olduğu kimi "Bloomberg"in siyahısına da 77 milyard dollarlıq varidatı ilə meksikalı maqnat Karlos Slim Helu başçılıq edir. İkinci yerdə 65 milyard dollarla "Microsoft"un sahibi Bill Qeyts, üçüncü yerdə isə ispaniyalı Amankio Ortequ 53,6 milyard dollarla qərarlaşıb.
İlk "beşliyi" ötən il üçüncü yeri tutan amerikalı investor Uorren Baffet və İsveçin "İkea" mebel şəbəkəsinin banisi İnqvar Kamprad tamamlayır.
200 nəfərlik siyahının 10 faizini rusiyalı milyarderlər təşkil edir. Onlara 18 milyard dollarlıq sərvəti ilə özbək əsilli iş adamı, İngiltərənin "Arsenal" futbol klubunun sahiblərindən biri, nüfuzlu "Kommersant" qəzeti və "Metalloinvest"in sahibi Əlişir Usmanov başçılıq edir.
Dünya zənginlərinin siyahısına 13 milyard dollarlıq varidatı ilə Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamı Vahid Ələkbərov da daxil olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB